Kreml Gürcüstandakı etiraz aksiyalarından narahatdır

Dünya

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml Gürcüstanda genişmiqyaslı etiraz aksiyalarından narahatdır.

“Bu, hər halda bizimlə qonşu olan dövlətdir. Baxmayaraq ki, bizim Gürcüstanla belə də münasibətlərimiz yoxdur, təbii ki, oradakı vəziyyət bizim narahatlığımıza səbəb olmaya bilməz”, – deyə o qeyd edib.

Peskov onu da deyib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə Rusiyanın heç bir əlaqəsi yoxdur. Belə sənədlərin mənşəyini ABŞ-də axtarmaq lazımdır.

Xatırladaq ki, iki gün ərzində Gürcüstanın paytaxtını etiraz aksiyaları bürüyüb, aksiya iştirakçıları birinci oxunuşda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxıblar. 133 nəfər inzibati qaydada saxlanılıb, onlarla polis yaralanıb. Etirazlar fonunda hakim “Gürcü arzusu” partiyası qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.

Mənbə: Sputnik Gürcüstan