Stinq və həyat yoldaşı Trudi ukraynalılar üçün külli miqdarda ianə ediblər – FOTO

Dünya

Dünyaca məşhur britaniyalı müğənni Stinq və həyat yoldaşı Trudi ukraynalılara kömək etmək qərarına gəliblər. Cütlük “Help Ukraine.center”ə külli miqdarda ianə edib.

Bu barədə ukraynalı iş adamı Andrey Stavnitser özünün “Facebook” səhifəsində xəbər verib.

“”Help Ukraine.center”dəki işimizi dəstəkləmək üçün Stinq və onun həyat yoldaşı Trudi Staylerdən səxavətli maliyyə dəstəyi aldığımızı elan etməkdən məmnunuq. Bundan əlavə, Stinq ailəsi Böyük Britaniyadan Polşadakı anbarımıza müharibənin əsarətində olan və münaqişələrdən qaçan uşaqlara, onların analarına lazım olan isti yorğanlar, paltarlar, həmçinin dərman və ərzaqdan ibarət böyük humanitar yardım partiyası göndərir”, – deyə Stavnitser bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir