Abramoviçin Portuqaliya vətəndaşlığına görə ravvin saxlanılıb

Dünya

Portuqaliya polisi Porto şəhərində yerli yəhudi icmasının lideri Deniel Litvakı rusiyalı milyarder Roman Abramoviçin vətəndaşlığı məsələsinə görə saxlayıb.

Qeyd olunur ki, ravvin Abramoviçə Portuqaliya vətəndaşı olmasına icazə verən sənədi hazırlamaqda şübhəli bilinir. Yəhudi icması hər hansı bir qanun pozuntusunu rədd edir və böhtan qurbanı olduğunu bildirir.

Roman Abramoviçin Portuqaliya vətəndaşı olması faktını dekabrda yerli “Publico” qəzeti xəbər vermişdi. Nəşrin mənbəsinin sözlərinə görə, 55 yaşlı iş adamı sefaradi yəhudiləri nəslinin nümayəndəsi kimi ölkə pasportunu 2021-ci ilin aprelində alıb. 

Abramoviçin xeyriyyəçisi olduğu Porto yəhudi icmasının üzvü olduğu məlumdur.

İş adamının özü Portuqaliya vətəndaşlığı ilə bağlı məlumatı şərh etməyib.

Abramoviçin sözçüsü yoxlamaları şərh edərkən bildirib ki, biznesmen və onun əməkdaşları istənilən araşdırmanı alqışlayırlar, çünki bu, vətəndaşlığın qaydalara uyğun alındığını nümayiş etdirəcək.

Yeri gəlmişkən, onu da qeyd edək ki, rusiyalı iş adamının ABŞ-ın hedc-fondlarındakı (risk zamanı gəlirlərin, gəlirlər artarkən risklərin azaldılmasına yönələn investisiya fondu – red.) yatırımları Britaniya hökumətinin ona qarşı sanksiya tətbiq etməsindən sonra bloklanıb.

Bu barədə İngiltərə KİV-ləri öz mənbələrinə istinadən yazır. 

Nəşrin iddiasına görə, biznesmen bu il fevralın sonlarından ABŞ investisiya fondlarındakı paylarını ikinci əl bazarında satmağa cəhd edib. Lakin Abramoviç Böyük Britaniya hökumətinin sanksiya siyahısına salınandan sonra fondlar rusiyalı sahibkarın aktivlərini dondurmaq barədə göstəriş alıblar. 

Qəzetdə Abramoviçin maliyyələşdirdiyi deyilən şirkətlərdən birinin investisiya fondlarının inzibatçılığı ilə məşğul olan “SS&C Globe Op” şirkətindən aldığı xəbərdarlığın mətni dərc olunub.

Sənəddə qeyd olunub ki, Roman Abramoviçlə bağlı hesablar hal-hazırda bloklanıb, tranzaksiyalar zamanı onlardan istifadə yasaqlanıb.

İddia edilir ki, digər hedc-fondlar da bənzər bildirişlər alıblar.

Xatırladaq ki, Böyük Britaniya martın 10-da RF-ə qarşı sanksiyalarını genişləndirib. “Qara siyahı”ya Londonun “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç də əlavə olunub.

Məhdudiyyət tətbiq olunan şəxslər Birləşmiş Krallığın ərazisinə gedə bilməzlər, onların ölkədəki aktivləri də dondurulur. Həmçinin bu şəxslər Britaniyanın fiziki və hüquqi şəxsləri ilə də iş apara bilməzlər.  Bu isə Abramoviçə “Çelsi“”ni satmaqda da əngəllər yaradır.

Mənbə: Reuters

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.