Türkmənistanda prezident seçkisində səsvermə başa çatıb – YENİLƏNİB

Dünya

Türkmənistanda növbədənkənar prezident seçkisində səsvermə yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:00-da) bitib. 

Oradakı seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:00-da) açılmışdı.

Ölkə ərazisində 2 577, respublika xaricində isə 41 seçki məntəqəsində səsvermə keçirilib. 

Ümumilikdə 3.4 milyon seçici qeydə alınıb. Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, onlardan 86.34 %-i səsvermə hüququndan istifadə edib. 

Ölkə prezidenti arzusunda olan doqquz nəfər namizədliyini irəli sürüb ki, onların arasında hazırkı prezidentin oğlu Serdar Berdiməhəmmədov da var.

Mənbə: TASS

10:58

Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.

Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:00-da) seçki məntəqələri fəaliyyətinə start verib. Növbədənkənar seçkidə seçicilər doqquz namizəddən birini seçəcəklər. Səsvermə yerli vaxtla 19.00-dək (Bakı vaxtı ilə saat 18:00-a qədər) davam edəcək.

Səsvermə ölkə ərazisində 2,5 mindən çox, eləcə də Türkmənistanın xaricdəki diplomatik və konsulluq idarələrində təşkil olunmuş 41 seçki məntəqəsində aparılır.

Fevralın 11-də ölkənin hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədov 15 illik fəaliyyətindən sonra yerini gənc rəhbərə vermək istədiyini bəyan edib. Lakin o, ölkə parlamentinin yuxarı palatasının sədri vəzifəsindən getməyib.

Mərkəzi Seçki Komitəsi Türkmənistan prezidenti vəzifəsinə doqquz namizədi qeydə alıb ki, onlardan biri də hazırkı prezidentin oğlu Sərdar Berdiməhəmmədovdur (Türkmənistan Demokratik partiyası).

Prezidentlik yarışına həmçinin Aqrar partiyadan Ağacan Bekmıradov, Sənayeçilər və Sahibkarlar partiyasından Bebamırat Meredov, eləcə də vətəndaşların təşəbbüs qruplarından Perhat Begencov, Berdımammet Qurbanov, Maksatmırat Ovezgeldiyev, Kakageldi Sarıyev, Maksat Odeşov, Xıdır Nunnayev də qoşulublar. 

Türkmənistan qanunvericiliyinə görə, seçkidə yetərsay müəyyən olunmadığından, seçicilərin istənilən aktivliyində seçki baş tutmuş hesab olunacaq.

Türkmənistanda bundan öncəki prezident seçkisi 2017-ci ildə keçirilmişdi.

Yeni prezidentin inauqurasiyası martın 19-na planlaşdırılıb.

Mənbə: İnterfaks

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.