Ukraynada Azərbaycan əsilli əsgər həlak olub – VİDEO

Dünya

Ukraynada bir azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayper gülləsinə tuş gələrək həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb.

Onların hər ikisi Ukrayna vətəndaşıdır.

Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir