Rusiya ordusunun Ukraynada ümumi döyüş itkiləri açıqlanıb – FOTO

Dünya

Fevralın 24-dən etibarən Rusiya ordusu döyüşlərdə ümumilikdə təxminən 12 mindən çox şəxsi heyət üzvünü itirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Ümumi olaraq Rusiya tərəfinin itkiləri bu cür olub:

362 tank, 1205 zirehli döyüş maşını, 135 artilleriya sistemi, 62 reaktiv yaylım atəşi sistemi, 33 HHM sistemi, 58 döyüş təyyarəsi, 83 helikopter, 585 avtomobil texnikası, 3 kater/gəmi, 60 sistern, 7 kəşfiyyat PUA-sı məhv edilib.

Qeyd edək ki, bu gün Rusiyanın Ukrayna ərazisində genişmiqyaslı əməliyyatlara başlamasının 17-ci günüdür.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir