Rusiyalı “ana” on aylıq oğlunu aclıqdan öldürərək cəsədini çamadanda gizlətdi

Dünya

Kaluqa vilayətinin Obninsk sakini 10 aylıq oğlunu öldürməkdə şübhəli bilinib. İstintaqın məlumatına görə, 22 yaşlı ana uşağı acından öldürüb və məsuliyyətdən qorxaraq meyiti çamadanda gizlədib.

Cəsədi qadının qohumu bir aydan sonra tapıb.

Gənc qadın hazırda həbsdədir.

Uşaq 2021-ci ilin aprelində dünyaya gəlib. Ondan əvvəl qadının artıq iki övladı olub. Lakin onlar ananın könüllü razılığı ilə başqa şəxslər tərəfindən övladlığa götürülüb.

Mənbə: 360tv.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir