Assanjın toyunun tarixi məlum olub – FOTO

Dünya

“WikiLeaks”-in qurucusu Culian Assancın toy mərasiminin tarixi bəlli olub.

Bu barədə onun nişanlısı Stella Morris açıqlama verib.

Jurnalistin iki övladının anası olan qadın bu barədə “Twitter”-də paylaşım edib.

O, bildirib ki, toy martın 23-nə planlaşdırılıb və Britaniyanın Belmarş həbsxanasında baş tutacaq.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayının sonunda Morris Assanjla rəsmi olaraq evlilik üçün müraciət etdiklərini açıqlayıb. Britaniya hökumətinin həbsxana xidməti bəylə gəlinin həbsxanada evlənmək istəyini təsdiqləyib.

Xatırladaq ki, 2021-ci ilin iyulunda məhkəmə Assanjı 2018-ci ildə aldığı Ekvador vətəndaşlığından məhrum edib. 2019-cu ildə ABŞ Ədliyyə Nazirliyi jurnalistə qarşı 18 ittiham irəli sürüb. Əgər jurnalist ABŞ-a ekstradisiya edilərsə, onu 175 il həbs gözləyir.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir