Rusiya ordusu Axtırkada yaşayış məntəqələrini vurdu: Mülki şəxslər həlak oldular

Dünya

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətindəki Axtırka şəhərində növbəti dəfə yaşayış məntəqələrini hədəf alıblar.

Bu barədə şəhər meri Pavel Kuzmenko məlumat verib.

Onun sözlərinə görə, rusiyalıların aviazərbələri nəticəsində yaşayış evləri dağılıb, azı üç sakin həlak olub:

“Gecə Axtırka şəhəri havadan bombardman edilib. Onlar özəl sektoru, yaşayış binalarını vurublar, burada azı 3 mülki şəxs həlak olub. Digərləri isə hələlik tapılmayıb”.

Kuzmenko vurğulayıb ki, Axtırka şəhərini bombalayan pilotlar dinc sakinləri öldürdüklərini başa düşməlidirlər.

Mer deyib ki, düşmən ordusu ruhdan düşüb, onlar irəlilədikləri bütün istiqamətlərdə məhv edilirlər. O həmçinin əlavə edib ki, “ruslar dinc əhalini bombalayır və bir millət olaraq bizi məhv etməyə çalışırlar”.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir