Rusiyanın raket atdığı doğum evində olan hamilə qadın və körpəsi öldülər – VİDEO

Dünya

Mariupolda Rusiya Ordusunun hava hücumu zamanı doğum evində olan hamilə qadınlardan biri dünyasını dəyişib.

Bu barədə “Amerikanın Səsi”nin jurnalisti Asya Dolina “Facebook”da məlumat verib.

Dolina qeyd edib ki, bu məlumatı həmin gün hadisə yerindən reportaj hazırlayan fotoqraf Yevgeni Maloletka da təsdiqləyib.

“Mariupoldakı 3 nömrəli uşaq xəstəxanasının (doğum evi) partladıldığı ərazidən xərəkdə çıxarılan hamilə qadın ölüb. Onun yeni doğulan körpəsi də sağ qalmayıb”, – deyə jurnalist bildirib.

Mənbə: Ukrainskaya pravda

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir