Çin Xarici İşlər Nazirliyi Rusiyanın Pekindən hərbi və iqtisadi yardım istəməsi ilə bağlı iddiaları dezinformasiya kimi qiymətləndirib.
Bu barədə Çin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Yayılmış xəbəri Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penqyu da inkar edib.
“Mən Rusiya tərəfindən bizə hərbi və iqtisadi yardımla bağlı müraciət haqqında heç nə eşitməmişəm”, – deyə Çinin ABŞ-dakı səfirliyinin sözçüsü vurğulayıb.
Mənbə: CNN Turk
www.102info.az