Türk əsilli iş adamı minlərlə Ukrayna vətəndaşının qida təminatını öz üzərinə götürüb – FOTO

Dünya

Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından 19 gün ötür.

Hazırda Ukrayna paytaxtı Kiyev şəhəri də daxil olmaqla ölkənin əksər şəhərlərinin sakinləri bombardmandan qorunmaq üçün sığınacaqlarda, metrolarda məskunlaşmaq məcburiyyətində qalıb.

İndi bu insanların istər dövlət, istərsə də şəxsi təşəbbüs nəticəsində ən zəruri ehtiyaclarının təmin olunması istiqamətində iş aparılır.

Bu xeyirxah fəaliyyətə qoşulan şəxslərdən biri də 20 il əvvəl Türkiyənin İzmir şəhərindən Ukraynanın paytaxtı Kiyevə gələrək bu şəhərdə qida sektorunda uğurlu biznes qurmuş Onur Həkimdir.

Qeyd olunur ki, türk əsilli iş adamı hər gün minlərlə insanı bişmiş qida məhsulları ilə təmin etmək öhdəliyini könüllü olaraq öz üzərinə götürüb.

Mənbə: Anadolu agentliyi

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.