KİV: Ukraynada Rusiya hərbçilərinin simasının tanınması texnologiyasından istifadə olunur

Dünya

ABŞ-ın “Clearview AI” şirkəti Ukrayna Müdafiə Nazirliyinə rusiyalı işğalçıları müəyyən etmək üçün simaların tanınması sistemini təhvil verib, artıq o istifadə olunur.

Bu barədə şirkətin direktoru Hoan Ton-That bildirib.

Qeyd edilir ki, sistemin 2 milyardı “VKontakte” şəbəkəsindən olmaqla 10 milyard fotoşəkildən ibarət məlumat bazasına çıxış imkanı var.

Agentliyin məlumatına görə, “Clearview AI” startapının baş icraçı direktoru Hoan Ton-That Kiyevə məktub göndərərək rus işğalçılarının təsbit olunması, dezinformasiya ilə mübarizə və ölənlərin şəxsiyyətinin müəyyən edilməsində köməyini təklif edib.

“Clearview”dan həmçinin bildirilib ki, şirkət Ukraynadakı hərəkətlərini “xüsusi əməliyyat” adlandıran Rusiyaya öz texnologiyasını təklif etməyib.

Mənbə: Reuters

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir