Son günlər Rusiyanın Ukraynada apardığı müharibənin əsas formatı aviazərbələrdən və raket atəşlərindən ibarətdir. Belə ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif şəhərlərinə uzaqmənzilli raketlərdən endirdiyi zərbələr intensivləşib. Bu hədəflərdən biri də Vinnitsa şəhəri olub.
Martın 6-da Rusiya Silahlı Qüvvələri bu şəhərin mərkəzi aeroportunu raket atəşinə tutdu. Nəticədə həm mülki əhali, həm də hərbçilər arasında ölənlər oldu.
Baku TV-nin Şərqi Avropa bürosu hücumdan sonra ilk media orqanı olaraq hadisə yerindən çəkiliş aparmaq üçün imkan əldə edib.
Ətraflı videonu təqdim edirik:
www.102info.az