Aİ-nin Rusiyaya qarşı sanksiyaları davam edir: Dördüncü paket hazırlanır

Dünya

Avropa İttifaqı (Aİ) şəxslərə və sektorlara da aid olmaqla Rusiyaya qarşı dördüncü sanksiyalar paketinin hazırlığını tamamlayır.

Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Josep Borrel Şimali Makedoniyada keçirdiyi mətbuat konfransında bildirib:

“Elan edə bilərəm ki, biz iqtisadiyyatın sektorlarına və ayrı-ayrı şəxslərə təsir edəcək sanksiyaların dördüncü paketini yekunlaşdırırıq”, – o deyib.

Borrelin sözlərinə görə, sanksiyalar Aİ ölkələrinin daimi nümayəndələri ilə razılaşdırıldıqdan sonra Aİ Şurası tərəfindən texniki yazılı prosedurla təsdiqlənəcək.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir