“VKontakte” Rusiyada bloklanmış “Instagram”dan foto və videoları sosial şəbəkəyə köçürməyə imkan verən proqram təqdim edib.
Bu barədə şirkətin mətbuat xidməti xəbər verib.
“VKontakte” “Instagram”dan bütün fotoşəkilləri və videoları bir neçə toxunuşla sosial şəbəkəyə köçürməyə imkan verən xüsusi “Instagram Manager” tətbiqini işə salıb”, – deyə məlumatda bildirilib.
İxtira sayəsində istifadəçilər ayrıca sahəyə öz “nik”lərini və ya “Instagram” hesablarına keçidi daxil edə, sonra isə bütün paylaşımlarını eyniadlı qapalı “VKontakte” albomuna köçürə bilərlər. Məxfilik istənilən vaxt dəyişdirilə bilər.
“Həmçinin sizə “Instagram”dan arxivi tezliklə yükləməyinizi tövsiyə edirik. Sonralar proqramın köməyi ilə “VKontakte”də həm videolarınızı (“Video” bölməsində), həm də qısa şaquli “Reels” videolarınızı (“Kliplər”) saxlamaq mümkün olacaq. Bütün materialları yalnız siz görəcəksiniz”, – deyə ismarışda əlavə olunub.
Eyni zamanda, sosial şəbəkənin məlumatına görə, yalnız girişi açıq olan məlumatlar yüklənəcək – köçürmə üçün parol daxil etməyə ehtiyac yoxdur.
Xatırladaq ki, Rusiyada “Instagram” sosial şəbəkəsinə giriş Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə ruslara qarşı zorakılıq çağırışlarına görə “Roskomnadzor” tərəfindən məhdudlaşdırılıb. Məhdudiyyət martın 14-dən qüvvəyə minib.

www.102info.az