Ərdoğan: “Regionumuzda baş verən son hadisələr Türkiyənin mühüm rol oynadığını sübut etdi”

Dünya

Antalyada keçirilən sammit diplomatiya üçün mühüm uğurdur.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla Ankarada keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Səylərimiz nəticəsində Rusiya və Ukrayna xarici işlər nazirləri bizim xarici işlər nazirinin iştirakı ilə Antalyada görüşdülər. Bu görüşün müharibənin davam etdiyi bir mühitdə keçirilməsi diplomatiya üçün əhəmiyyətli bir uğurdur”, -deyə dövlət başçısı bildirib.

Ərdoğan qeyd edib ki, Almaniya kanslerilə danışıqlar zamanı əsasən Rusiya-Ukrayna məsələsi dəyərləndirilib, münaişənin həll yolunda diplomatik səylərin sürətləndirilməsi barədə razılıq əldə olunub. Həmçinin, regionda baş verən son hadisələr Türkiyənin təhlükəsizlik və enerji sahələrində mühüm rol oynadığını sübut edib.

Şolts isə çıxışında Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyinə diqqət çəkərək Türkiyəyə təşəkkür edib.

“Montrö sazişinə uyğun olaraq boğazların bağlanması böhranın böyüməsinin qarşısını aldı. Bunun üçün Türkiyəyə təşəkkür etməliyik”, – deyə hökumət başçısı qeyd edib.

Mənbə: TRT

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir