Moskvada maska ​​rejimi ləğv edildi

Dünya

Moskva meri Sergey Sobyanin martın 15-dən etibarən 2020-ci ilin yazından bəri qüvvədə olan anti-COVID məhdudiyyətlərini ləğv edən fərman imzalayıb.

Şəhərdə qapalı məkanlarda maska ​​taxmaq, müəssisə və təşkilatlarda çalışan işçilərin hərarətini ölçmək, iş yerlərində ayırıcı arakəsmələrin quraşdırılması məcburiliyi aradan qaldırılıb.

O vurğulayıb ki, indiki şəraitdə bu qərar ciddi sanksiya təzyiqi altında olan biznes sahələrinə də dəstək olacaq.

Qeyd edək ki, Ruisyanın bölgələrində də koronavirus məhdudiyyətləri mərhələli şəkildə qaldırılır.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.