Rusiyalılar yalnız 15 ölkəyə təyyarə ilə səfər edə bilərlər – SİYAHI

Dünya

Ukraynadakı hərbi əməliyyatlardan sonra ABŞ, Kanada və Avropa İttifaqının bütün ölkələri öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.

“Obozrevatel”in məlumatına görə, hazırda dünyada Rusiya Federasiyasından olan turistlərin təyyarə ilə birbaşa səyahət edə biləcəyi cəmi 15 ölkə qalıb.

Bu barədə Rusiyanın Turoperatorlar Assosiasiyasının saytında məlumat verilib.

Beləliklə, hazırda rusiyalılar yalnız Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər, Mərakeş, Belarus, Hindistan və Şri-Lankaya birbaşa reyslə uçmaq imkanına malikdirlər.

Məlumat üçün qeyd edək ki, martın 6-dan Azərbaycan və Rusiya aviaşirkətləri qarşılıqlı olaraq uçuşları dayandırıblar.

Azərbaycan Hava Yolları Azərbaycanla Rusiya arasında uçuşların dayandırılmasının beynəlxalq uçuşlar zamanı yarana biləcək risklərlə əlaqəli olduğunu açıqlayıb.

Prezident Vladimir Putin isə Rusiya şirkətlərinin lizinqində olan xarici təyyarələrə hüquqların qeydiyyata alınması imkanlarını leqallaşdıran qanunu imzalayıb.

Sənəd martın 14-də rəsmi hüquqi informasiya portalında dərc edilib.

“İzvestiya”nın məlumatına görə, artıq Rusiya aviaşirkətləri daxili marşrutlarda xarici təyyarələrdən istifadə edə və onlara Rusiyanın uçuşa yararlılıq sertifikatını verə bilər.

İzahat qeydində bildirilir ki, qanun mülki aviasiyanın rahat işləməsi üçün hava gəmiləri parkını qorumaq məqsədi daşıyır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.