Rusiyalı “McDonalds”ın son iş günündə uşaqlara balta ilə hücum etdi – VİDEO

Dünya

Moskvada rusiyalı “Jaguar” sürücüsü “McDonald’s”da növbədə dayanan uşaqlara balta ilə hücum edib.

O, restoranın önünə gələrək, sürücülər üçün xüsusi sifariş pəncərəsindən yan keçməyə çalışıb.

Digər avtomobildə olan sərnişinlərdən biri ona tərəf bibər qazı vurub. Bundan sonra kişi baltanı götürərək qızın oturduğu maşının şüşəsini sındırıb.

Qeyd olunur ki, münaqişə zamanı hər iki avtomobildə uşaqlar əyləşib. “Yaquar”ın salonunda bir yaşlı və iki yaşlı qız, digərində isə beş yaşlı uşaq olub.

Mənbə: lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir