Nazarbayevin qardaşı oğlu iki ay müddətinə həbs olundu

Dünya

Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulının həbsinə qərar verib.

Bu barədə paytaxt məhkəməsinin mətbuat xidməti xəbər yayıb.

Korrupsiyaya Qarşı Mübarizə Xidməti martın 13-də vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin xüsusilə külli miqdarda vəsaitinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırdığını elan etmişdi. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

“2022-ci il martın 15-də Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsi şübhəli Satıbaldıulına qarşı iki ay müddətinə həbs qətimkan tədbiri seçib”, – deyə məhkəmənin məlumatında bildirilir.

Sənəddə həmçinin qeyd edilib ki, ibtidai istintaqın digər məlumatları açıqlana bilməz.

“Kazaktelekom” SC Qazaxıstanın ən böyük telekommunikasiya operatorudur. KİV-in məlumatına görə, Kayrat Satıbaldıulının “Alatau Capital Invest” (ACI) şirkəti 2016-cı ildə “Kazaktelekom”un 3,4 %-lik payını alıb.

Mənbə: RİA Novosti

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.