Kiyevdə daha bir yaşayış binasına mərmi düşdü – FOTO/VİDEO

Dünya

Kiyevdə Rusiya ordusunun atəşə tutması nəticəsində daha bir çoxmərtəbəli yaşayış binası dağıdılıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində binanın 1-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər yanğın baş verib. Yerli vaxtla saat 06:46-da yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, bir nəfər xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, dünən də Ukrayna paytaxtında yaşayış binası artilleriya atəşinə tutulmuşdu.

Mənbə: UNİAN

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir