Qərb cəbhəsinin Rusiyaya qarşı sanksiyalarının nəticələrinin Azərbaycana təsirləri müzakirə olunmaqda davam edir. Azərbaycanda yerləşən Rusiya bankları və əmanətçilərin əmanətinin taleyi müzakirə mövzuları sırasındadır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edir ki, həmin banklar hər bir halda Azərbaycan banklarıdır, kapitalları Rusiyaya daxildir:
“Bunlardan biri “Bank VTB”dir. O, Azərbaycan bankı olduğu üçün valyutalaşma əməliyyatlarını əvvəlki kimi icra edəcək”.
Əkrəm Həsənov sanksiya altında olan bankın sadəcə “Bank VTB” olduğunu bildirib:
“Bizim ərazimizdə “Bank VTB” (Azərbaycan) var. Yəni Rusiya bankının törəmə bankıdır. Artıq onun Avropa və ya ABŞ-a dollar və avro ilə valyutalaşma əməliyyatlarında problemlər ola bilər”.
Ekspert Rusiya ilə bank əlaqələrinin fərqli olacağına açıqlıq gətirib:
“Rusiya, keçmiş MDB ölkələri ilə – bir sözlə, Rusiyaya qarşı sanksiya tətbiq etməyən ölkələrlə dollar və avro istisna olmaqla, digər valyutalarla əməliyyatlar keçirə biləcək”.
www.102info.az