ATƏT sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Rusiyanın Ukraynanın dinc əhalisinə endirdiyi zərbələri dövlət terroru adlandırıb.
O, Rusiyanın beynəlxalq müqavilələrlə qadağan olunan silahlardan istifadə etdiyini bildirib.
Zbiqnev Raunun sözlərinə görə, Rusiya qoşunları ukraynalıların ruhunu sarsıtmaq üçün mülki əhaliyə və infrastruktura zərbələr endirməyə başlayıb.
“Bu, hüznlü və utancvericidir, dövlət terroruna bərabərdir. Məktəblərə, xəstəxanalara və uşaq bağçalarına beynəlxalq səviyyədə qadağan olunmuş silahlarla qəsdən hücum edilir”, – deyə ATƏT rəhbəri bildirib.
Mənbə: Unian.net
www.102info.az