Ukraynada teleqülləyə raket hücumu nəticəsində qurbanların sayı 20-yə yaxınlaşıb – FOTO

Dünya

Ukraynanın Rovno şəhərində televiziya qülləsinə Rusiya ordusunun raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb.

Bu barədə Rovno Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Koval “Rada” kanalının efirində xəbər verib

“Təəssüf ki, qurbanların sayı artıb. Səhər saat 8:30-a olan məlumata görə, 19 nəfər ölüb, 9 nəfər yaralanıb”, – deyə Koval bildirib.

Bununla belə, o, xilasetmə əməliyyatı davam etdiyi üçün bu rəqəmlərin yekun olmaya biləcəyini vurğulayıb.

“Qurbanların dəqiq sayı bir neçə saatdan sonra, xilasedicilər işlərini yekunlaşdırdıqda məlum olacaq”, – deyə o əlavə edib.

Xatırladaq ki, martın 14-də Rovno vilayətində televiziya qülləsinə hava zərbələri edilib. Nəticədə bölgədə müəyyən müddət televiziya və radio yayımı dayanıb.

Bu, Rusiya qoşunlarının Ukraynada televiziya və rabitə qüllələrinə ilk hücumu deyil. Rusiya ordusu xüsusilə Kiyev, Xarkov və digər şəhərlərdə buna əl atır.

Mənbə: Ukrainskaya Pravda

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir