Kiyev Ukrayna ərazisində olan Rusiyaya məxsus 15 min vaqonu müsadirə edir – FOTO

Dünya

Kiyev Ukrayna ərazisində olan Rusiyaya məxsus 15 min vaqonun müsadirəsinə başlayıb. Bu, Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən “Rusiyanın mülkiyyət hüquqları obyektlərinin məcburi müsadirə edilməsinin əsas prinsipləri haqqında” qanunun imzalanmasından sonra mümkün olub.

Bu barədə “Ukrzaliznitsı”nın rəhbəri Aleksandr Kamışin xəbər verib.

“Biz qanun çərçivəsində fəaliyyət göstəririk. Birinci mərhələdə təsisçilər arasında Rusiya Federasiyasına məxsus olan vaqon sahiblərinin siyahısını tərtib edirik. Sonra Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Müdafiə Şurası, prezidentin fərmanı və Ukraynanın başqa bir qanunu olacaq. Prosedur vaxt aparacaq, ona görə də biz artıq başlayırıq”, – mesajda deyilir.

Bildirilir ki, Rusiya Federasiyasının pay sahibi olan vaqonları müəyyən etmək az vaxt aparmayacaq.

“Amma buna baxmayaraq dəqiq Rusiya Federasiyasına məxsus olduğu bilinən şirkətlər var. Xüsusilə, bunlar VEB-Lizinq, VTB-Lizinq, Qazpromtrans, QTLL, Sberbank Lizinqdir. Bu, artıq 3000 vaqondan çox edir”, – deyə məlumatda əlavə edilib.

Rusiyada isə Ukraynaya məxsus cəmi 482 vaqon var.

Mənbə: RBK

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir