ABŞ Lukaşenko və həyat yoldaşına qarşı sanksiyalar tətbiq etdi

Dünya

ABŞ Rusiya Federasiyası və Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib.

Xüsusilə, Rusiya müdafiə nazirinin müavinləri Dmitri Bulqakov, Yunus-Bek Yevkurov, Timur İvanov, Aleksey Krivoruçko, Nikolay Pankov, Yuri Sadovenko, Ruslan Tsalikov və Gennadi Jidkoya qarşı məhdudiyyətlər tətbiq edilib.

Bundan başqa, siyahıda “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev və Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev də var.

ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, dövlət administrasiyası Belarus prezidenti Aleksandr Lukaşenko və onun həyat yoldaşı Qalinaya qarşı sanksiyalar tətbiq edib və onları yenidən qara siyahıya salıb.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.