Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır

Dünya

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli həmkarımdan prosesi bu məqsədə çatdırmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, sürətlə dəyişən bir dünya şəraitində tərəddüd etmədən konkret addımlar atmalıyıq”, – deyə Mirzoya bəyan edib.

Ermənistan XİN-in rəhbəri Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ümumilikdə müsbət olduğunu da qeyd edib.

İki ölkə arasında sonuncu yüksək səviyyəli səfərin 10 ildən artıq əvvəl həyata keçirildiyini vurğulayan Mirzoyan normallaşma prosesi davam etdikdə və nəticələr əldə edildikdə qarşılıqlı səfərlərin baş tuta biləcəyini deyib.

“Ümumiyyətlə, Ermənistan xalqı Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Bu, ictimai rəy sorğularında da özünü göstərir. Təbii ki, həm Ermənistanda, həm də Türkiyədə bu prosesə şübhə ilə yanaşan qruplar var. Hər iki tərəfin rəsmiləri siyasi mövqe tutmalıdırlar. Nazir Çavuşoğlu ilə görüşüm zamanı bəzi məsələlərlə bağlı fikir mübadiləsi apardıq və ümid edirəm ki, bunlar nəzərə alınacaq” – Mirzoyan əlavə edib.

Mənbə: “RİA Novosti”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir