Ərdoğan: “Çavuşoğlu Rusiyadan sonra Ukraynaya gedəcək”

Dünya

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Nazirlər Kabinetinin iclası keçirilib.

Toplantıdan sonra jurnalistlərə açıqlamalar verən dövlət başçısı xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyadan sonra Ukraynaya gedəcəyini bildirib.

“Mən bu gün xarici işlər nazirimizi Rusiyaya göndərirəm. O, sabah Moskvada danışıqlar aparacaq, cümə axşamı Ukraynaya gedəcək. O, atəşkəs və sülhə nail olmağa çalışacaq”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti son hadisələr fonunda ölkəsinin ümidin rəmzinə çevrildiyini vurğulayıb.

Mənbə: TRT

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir