Aİ Abramoviç və Ernstə qarşı fərdi sanksiyalar tətbiq edib

Dünya

Avropa İttifaqı çərşənbə axşamı Roman Abramoviçə, eləcə də bir sıra digər iri rus iş adamlarına qarşı fərdi sanksiyalar tətbiq edib.

Abramoviçlə yanaşı, “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin, iş adamları German Xan, Süleyman Kərimov Aİ-nin məhdudiyyətlər siyahısına salınıb.

Həmçinin, sanksiyalar “Birinci Kanal”ın baş direktoru Konstantin Ernstə də şamil edilib.

Sanksiya siyahısında Konstantin Ernstdən başqa, rusiyalı jurnalistlər Artem Şeynin və Dmitri Kulikov da var.

Yeni siyahıda ümumilikdə 15 fiziki şəxs və 9 təşkilatın yer aldığı bildirilir. Onların Avropa Birliyindəki aktivləri dondurulacaq, həmçinin AB-yə səyahətləri qadağan ediləcək.

Mənbə: RİA Novosti

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.