Rusiya AŞPA üzvlüyündən çıxarılıb

Dünya

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiyanın qurumdan xaric edilməsi barədə qərar qəbul edilib.

Məlumata əsasən, qərarın lehinə 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb.

AŞPA-nın qərarında bildirilir ki, Rusiyanın fəaliyyəti təşkilatın prinsipləri ilə uyğun gəlmədiyi üçün Avropa Şurasına üzvlüyünə xitam verilməsi tövsiyə olunur. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəmədində Rusiyaya qarşı iddialara tezliklə baxılmasını xahiş edir.

Bununla yanaşı, AŞPA Putinin hakimiyyətinə qarşı çıxan qeyri-dövlət institutlarına dəstək vermək niyyətindədir. Qərarda Avropa Şurasına Rusiyada hüquq müdafiəçiləri, demokratik qüvvələri, azad media və müstəqil vətəndaş cəmiyyətini dəstəkləmək və onlarla qarşılıqlı əlaqədə olmaq tapşırılıb.

Eyni zamanda, Avropa Şurasının digər üzvləri də həmin qurumara maliyyə ayıracaq. Həmçinin çoxlu sayda ukraynalı qaçqını qəbul edən Avropa Şurasının dövlətlərinə dəstəyin gücləndirilməsi təklif edilir.

Mənbə: unian.net

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir