Xeops piramidasının sirri kosmik şüaların köməyi ilə açılacaq

Dünya

Hələ 2017-ci ildə alimlər Xeops piramidasında iki boşluq aşkar ediblər. Onların əsl məqsədi hələ də məlum deyil.

Mütəxəssislər Misirin böyük sirrini öyrənmək üçün məkanı kosmik şüalarla tədqiq etmək qərarına gəliblər. Məlum olub ki, ən böyük boşluğun uzunluğu 30 metrdən və hündürlüyü 6 metrdən çoxdur. Bir fərziyyəyə görə, orada firon Xeopsun (Xufu) gizli dəfn otağı yerləşir.

“Scan Pyramids” layihəsində iştirak edən arxeoloqlar piramidanı muon detektorlarından istifadə edərək tədqiq ediblər. Onlardan insan gözündən gizli qalan sahələri işıqlandırmaq üçün istifadə etmək olar. Mütəxəssislər əmindirlər ki, bu, piramidanın boşluqlarının içərisində yerləşən artefaktları üzə çıxaracaq.

Mənbə: ren.tv

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir