Rusiyanın arbitraj məhkəmələrinin saytlarına haker hücumu olub

Dünya

Rusiyanın arbitraj məhkəmələrinin saytlarına haker hücumu təşkil edilib.

Yerli vaxtla saat 05:00-da saytlara giriş mümkün olmayıb, həmçinin səhifələrdə Rusiya Prezidenti Vladimir Putin və Ukraynaya Rusiyanın hücumunda əlaqəsi olan rusiyalılar barəsində təhqiramiz ifadələr yerləşdirilib.

Rusiyanın Primorsk əyalətinin Arbitraj Məhkəməsinin mətbuat katibi İnqa Sorokinanın sözlərinə görə, bütün arbitraj məhkəmələrinin saytı vahid Moskva platformasında yerləşir, buna görə də haker hücumu bütün səhifələrə təsirini göstərib. Hazırda saytlara girişin bərpa olunması üçün işlər görülür.

Mənbə: RBC

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir