Bu gün Ukrayna vaxtı ilə saat 06:00 radələrində (Bakı vaxtı ilə 08:00) Kiyev şəhəri Rusiya aviasiyası tərəfindən bombardmana məruz qalıb.
İlkin məlumata görə, hücuma məruz qalan yaşayış binaları Kiyevin Şevçenko rayonu ərazisində yerləşir.
Hücum nəticəsində iki mülki sakin xəsarət alıb.
Artıq hadisə yerinə yanğınsöndürən texnika, təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb edilib.
Mənbə: Segodnya
www.102info.az