Gürcüstandan Ukraynaya maraqlı dəstək təklifi

Dünya

Gürcüstanın Qastronomlar Assosiasiyası qonaqpərvərlik sənayesi ilə məşğul olan hər kəsi Ukraynanı dəstəkləməyə çağıran genişmiqyaslı kampaniyaya başlayıb.

Ölkənin istənilən müəssisəsi (indi onların sayı 15-dir) Ukrayna mətbəxindən bir yemək – məsələn, borş bişirə bilər və onun satışından əldə olunan gəlir Ukraynaya kömək üçün köçürüləcək.

Aksiya ideyası məşhur ukraynalı aşpazlardan biri tərəfindən irəli sürülüb və artıq Gürcüstanla birlikdə 4 ölkə layihəyə qoşulub.

Mənbə: “Channel in Georgia” “Telegram”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir