Melitopol meri əsirlikdən azad edildi

Dünya

Rusiyalı hərbçilər tərəfindən əsir götürülmüş Melitopol şəhərinin meri İvan Fedorov azad edilib.

Bu barədə Ukrayna Prezident Aparatı rəhbəri Andrey Yermak və onun müavini Kiril Timoşenko məlumat verib.

Timoşenko Fedorovun əsirlikdən azad edilməsi üçün “xüsusi əməliyyat”ın başa çatdığını elan edib.

Yermak isə bildirib ki, hazırda şəhər meri ölkə prezidenti Volodimir Zelenski ilə danışır.

Mənbə: pravda.com.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir