Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırdı

Dünya

ABŞ prezidenti Co Bayden çərşənbə günü Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayrıldığını elan edib.

O, xatırladıb ki, ötən şənbə Vaşinqton Ukraynaya silah və sursat tədarükü üçün 200 milyon dollar ayırıb.

“Bununla da, ABŞ Ukraynaya hərbi yardımının həcmini 1 milyard dollara çatdırır və bu, yalnız cari həftə ərzində ayrılan vəsaitdir, – deyə Bayden qeyd edib.

Mənbə: “İnterfaks”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir