Fransa ən yaxşı kurort adasına muxtariyyət verə bilər

Dünya

Fransanın Korsika adasında bir həftədən artıqdır davam edən iğtişaşlar fonunda rəsmi Paris onun muxtariyyəti məsələsini müzakirə etməyə hazır olduğunu bəyan edib.

Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmaninin sözlərinə görə, müzakirə Emmanuel Makron yenidən prezident seçiləcəyi təqdirdə başlayacaq.

Korsikada bir prefekti öldürməkdə ittiham edilərək məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş yerli millətçi İvan Kolonnaya dəstək nümayişləri davam edir.

Martın əvvəlində Kolonna başqa bir məhbus tərəfindən döyülərək ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ona dəstək aksiyaları polislə nümayişçilər arasında toqquşmalarla müşayiət olunub, 90-dan çox insan yaralanıb. Onlardan 70-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Fransanın daxili işlər naziri deyib ki, hökimiyyət Korsikanın muxtariyyətini müzakirə etməyə hazırdır, lakin bu muxtariyyətin nədən ibarət olması sualına cavab vermək lazımdır: “Biz bunu müzakirə etməliyik. Müzakirələr üçün ilkin şərt adada asayişin və əmin-amanlığın bərpa olunmasıdır”.

Aralıq dənizində yerləşən Korsika adası Fransanın 18 bölgəsindən biridir. Onun xüsusi statusu var – Korsikanın ərazi icması. 2011-ci ilə qədər bölgədə əhali sayı 314 min nəfər təşkil edib.

Mənbə: Profil

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir