Kanadada RT və “RT France” telekanallarının yayımı dayandırılıb

Dünya

Kanada hakimiyyəti Ukraynada baş verən hadisələr fonunda RT (Russia Today) və “RT France” telekanallarının ölkədə yayımını qadağan etmək qərarına gəlib.

Bu barədə ölkənin Yayım Komissiyasının yaydığı bəyanatda bildirilib.

“Komissiya hesab edir ki, RT və “RT France”ın yayımına icazə verilməsi ictimai maraqlara uyğun deyil”, – bəyanatda qeyd olunub.

Komissiya öz qərarı ilə RT və “RT France”ı Kanadada yayımlanmasına icazə verilmiş telekanallar siyahısından çıxarıb.

“Kanada yayımçılarının artıq bu kanalların məhsullarını Kanadada yaymaq səlahiyyəti yoxdur”, – bəyanatda vurğulanıb.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir