Britaniya yüksək sürətli “STARStreak” komplekslərini Ukraynaya təhvil verib

Dünya

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “STARStreak” yüksək sürətli daşınabilən portativ hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini təsdiqləyib.

O izah edib ki, kompleks müdafiə silahları hesab olunur və Ukraynaya səmanı daha yaxşı qorumağa imkan verir.

Uolles verilən raket komplekslərinin sayını dəqiqləşdirməyib.

Müdafiə naziri əlavə edib ki, Britaniya artıq Ukraynaya 3615 tank əleyhinə silah tədarük edib və tezliklə “Javelin” tank əleyhinə raketlərin daha bir partiyasını ölkəyə çatdıracaq.

Mənbə: unian.net

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.