Stoltenberq: “Polşa Ukrayna səmasında Rusiya təyyarələrini vurmayacaq”

Dünya

Polşa NATO üzvü kimi Ukrayna hava məkanında Rusiya Silahlı Qüvvələrinin raket və təyyarələrini vurmayacaq.

Oxu.Az xəbər verir ki, bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

Y.Stoltenberqin sözlərinə görə, NATO Rusiya-Ukrayna münaqişəsində iştirak etməyəcək.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirmişdi ki, Varşava Rusiya raketlərini Ukrayna üzərindən vurmaq imkanını nəzərdən keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir