Ağ Evdən Ukrayna üzərində səmanı bağlama məsələsinə CAVAB

Dünya

Ağ Evin mətbuat katibi Cen Psaki Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqi ehtimalını şərh edib. O, ABŞ-ın “üçüncü dünya müharibəsinə” qarışmaq istəmədiyini bildirib.

Bu barədə Ağ Evin saytında qeyd edilir.

Psakinin sözlərinə görə, Vaşinqtonun imtinası ABŞ-ın milli təhlükəsizlik maraqları ilə bağlıdır.

“Əvvəllər dediyimiz kimi: pilotsuz zona bizdən və NATO-dan Rusiya təyyarələrini potensial olaraq vurmağı tələb edəcək. Biz üçüncü dünya müharibəsində iştirak etməkdə maraqlı deyilik”, – deyə o bildirib.

Bununla yanaşı, Psaki aydınlaşdırıb ki, Birləşmiş Ştatlar Ukraynada humanitar və hərbi uçuşa qadağa zonaları arasında fərq görmür, çünki hər iki variant münaqişənin daha da genişlənməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, NATO-ya üzv ölkələr Ukrayna üzərində uçuşa qadağa zonası yaratmamaq barədə yekdil qərar veriblər.

Eyni zamanda, dünən Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresi qarşısında çıxış edib. O, bir daha ölkəsinin səmasını bağlamağa və ya hava hücumundan müdafiə vasitələrini Ukraynaya göndərməyə çağırıb.

Mənbə: RBK-UKRAİNA

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.