Özbəkistan Donetsk və Luqanskı ayrı-ayrı respublikalar kimi tanımayacaq

Dünya

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov Respublika Ali Məclisi Senatının plenar iclasında çıxışı zamanı Ukraynada baş verən hadisələrlə bağlı məsələlər qaldırıb.

O qeyd edib ki, Ukrayna ətrafında vəziyyət Özbəkistanda ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Özbəkistan münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır. Kamilov hərbi əməliyyatları dayandırmağa çağırıb.

Nazir vurğulayıb ki, Özbəkistanın tarixən Rusiya və Ukrayna ilə çoxşaxəli əlaqələri olub, ona görə də hər iki ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcək və Kiyevə humanitar yardım göstərməyə davam edəcək.

“Biz Donetsk və Luqanskı ayrı-ayrı respublikalar kimi tanımırıq”, – deyən Kamilov əlavə edib ki, Özbəkistan Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır.

Mənbə: UzNews

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.