“Rosneft” sədrinin 600 milyonluq yaxtası İspaniyada saxlanıldı

Dünya

İspaniya hakimiyyəti Tarraqona bölgəsində 600 milyon dəyəri olan 135 metrlik “Crescent” yaxtasını saxlayıb.

Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib.

Sözügedən yaxtanın “Rosneft” şirkətinin rəhbəri İqor Seçinə adi olduğu bildirilir.

Qeyd olunub ki, İspaniya hökuməti yaxtanın kimə məxsus olduğunu və onun sanksiya siyahısına düşüb-düşmədiyini dəqiqləşdirənə qədər yaxtaya qoyulmuş həbs qüvvədə olacaq.

Xatırladaq ki, İqor Seçin Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiya siyahısındadır.

Mənbə: Segodnya.ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir