Mer: “Çerniqov humanitar fəlakətin astanasındadır”

Dünya

Rusiyanın hücumuna görə Ukraynanın Çerniqov şəhəri humanitar fəlakətin astanasındadır. Neçə gündür ki, şəhərdə istilik, işıq, su yoxdur, yemək və dərman azalıb.

Bu barədə şəhər meri Vladislav Atroşenko danışıb.

O, qeyd edib ki, şəhər bağırsaq xəstəliklərinin alovlanması riski ilə üz-üzədir – şəhərdə su olmadığı üçün sanitariya şəraitinə nəzarət mümkün deyil. İşıq olmadığı üçün isti, soyuq su da yoxdur. Demək olar ki, bütün infrastruktur obyektləri dağıdılıb.

“Son gün yarım ərzində düşmənin bütün növ silahlardan yaşayış sektorunu atəşə tutmasının intensivliyi xeyli artıb. Məhz yaşayış sektorunu. Seçicilik qətiyyən yoxdur. Düşmən istənilən yerdən bütün şəhərə təsadüfi zərbələr endirir”, – deyə Atroşenko əlavə edib.

Mənbə: UNİAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir