Türkiyə vətəndaşları Ukraynanın Mariupol şəhərindən təxliyə edildi

Dünya

Mariupolda məscid, sığınacaq və evlərdə qapalı qalan Türkiyə vətəndaşlarından 65 nəfəri bu gün şəhəri tərk edə bilib.

Son bir neçə gündə Türkiyə vətəndaşlarını və onların yaxınlarını götürmək üçün ayrılan avtobusların Rusiyanın hücumları səbəbilə Mariupola daxil olmaqda çətinlik çəkdiyi bildirilib.

Öz növbəsində, Türkiyə Xarici İşlər Nazirliyinin Rusiya XİN-ə müraciəti sayəsində Sultan Süleyman Qanuni məscidi və oradakı türklərə zərər dəyməyib.

Mariupoldan təxliyə edilənlərin Zaporojyaya getdiyi vurğulanıb.

Hazırda Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə Mariupolda qalan daha 87 Türkiyə vətəndaşı və yaxınlarının təxliyyə olunması istiqamətində işlər aparılır.

Mənbə: “Anadolu”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir