Dünyanın əsas taxıl istehsalçıları: Rusiya heç də birinci deyil – SİYAHI + VİDEO

Dünya

Rusiya-Ukrayna müharibəsinin təsiri ilə dünyada ərzaq qıtlığının yaşanacağı barədə iddialar davam edir.

Statistik məlumatlar paylaşan “stats_feed” “Twitter” səhifəsi dünyada buğda istehsal edən ölkələr və 2021-ci ildə onların istehsal həcmləri barədə paylaşım edib.

Statistikaya görə, düşünülənin əksinə olaraq Rusiya dünyanın buğda istehsalı ilə məşğul olan ölkələri sırasında ilk deyil.

Belə ki, 2021-ci ildə ən çox buğda istehsalı 134 milyon 300 min ton olmaqla Çinin payına düşür. 98 milyon 500 min ton buğda istehsalı həcmi ilə Hindistan dünyada ikinci, 85 milyon 900 min ton istehsal həcmi göstərən Rusiya isə üçüncü sırada qərarlaşıb.

Ümumilikdə, ən çox buğda istehsal edən ölkələrin ilk onluğu isə belədir:

4. ABŞ – 47 milyon 300 min ton

5. Fransa – 36 milyon 900 min ton

6. Avstraliya – 31 milyon 800 min ton

7. Kanada – 30 milyon ton

8. Pakistan – 26 milyon 700 min ton

9. Ukrayna – 26 milyon 200 min ton

10. Almaniya – 24 milyon 500 min ton

Qeyd edək ki, Türkiyə 21 milyon 500 min ton buğda istehsalı ilə 11-ci, İran isə 14 milyon ton istehsalla 15-ci sıradadır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir