Ukrayna şəhərlərinin bombardmanı davam edir: Ölənlər var – VİDEO

Dünya

Ukraynanın bir çox bölgələrində hava həyəcanı verilib. Bundan yarım saat sonra Lvovda partlayışlar başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, daha sonra Xarkov və Dneprdə partlayışların baş verdiyi barədə xəbərlər yayılıb.

Partlayışlar Nikolayev vilayətinin Voznesensk şəhərində də qeydə alınıb. Mərmilərin silah anbarına düşdüyü qeyd edilir.

Sumı rayonunda işğalçılar iki dinc sakini qətlə yetiriblər. Onlardan biri gənc qız olub: güllə ona avtomobildə olarkən dəyib. Digəri isə kiçik bir qəsəbəni ərzaqla təmin edən kişi olub.

Şəhərətrafı qəsəbələrin və Sumı şəhərinin atəşə tutulmasının davam etdiyi vurğulanır.

Eyni zamanda qeyd edilir ki, işğalçılar insanlardan silahlarını və telefonlarını alırlar.

Mənbə: Segodnya

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir