Türk Hava Yolları İstanbul reyslərini ləğv etdi

Dünya

Türk Hava Yolları şəhərə yağan güclü qar səbəbindən İstanbul hava limanlarında 100 reysi təxirə salıb.

“Pis hava şəraiti ilə əlaqədar martın 19-da İstanbula və İstanbuldan planlaşdırılan 100 reys, o cümlədən yeni hava limanına 80, “Sabiha Gökçen” mərkəzinə isə 20 reys ləğv edilib”, – deyə aviaşirkətin açıqlamasında bildirilir.

Nəşrin məlumatına görə, bu dəfə qarın bir neçə gün ərzində şəhər həyatını tamamilə iflic vəziyyətinə salan yanvar ayındakı kimi güclü olacağı gözlənilmir.

Buna baxmayaraq, yerli hakimiyyət orqanları ehtiyat tədbirləri görüblər: cümə günü bütün dövlət və özəl məktəbləri bağlayıb, hamilə qadınlar və əlillər üçün istirahət günü elan ediblər.

İstanbul meri Əkrəm İmamoğlu da sakinlərə şəxsi nəqliyyatla səfərlərdən çəkinməyi və ictimai nəqliyyata keçməyi tövsiyə edib.

Mənbə: Daily Sabah

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.