Stoltenberq: “Zelenskinin NATO-ya dair məyusluğunu başa düşürük, amma…”

Dünya

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya dair məyusluğunu başa düşdüklərini etiraf edib.

Bununla belə, Yens Stoltenberq bir daha təkrar edib ki, Alyans münaqişənin Ukrayna sərhədlərindən kənara çıxmasını istəmir.

O əlavə edib ki, NATO Ukraynaya maliyyə dəstəyi verməkdə davam edəcək:

“Biz hərbi və maliyyə dəstəyimizi artırmaqda davam edirik”.

NATO-nun baş katibi əlavə edib ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra Alyansın müttəfiqləri Ukrayna hərbçilərinə yüksək səviyyəli təlimlər keçib və bütün bunların nəticəsi olaraq hazırda Ukrayna ordusu Rusiya qoşunlarına qarşı uğurlu müqavimət göstərir.

Mənbə: Tagesschau.de

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir